Putinin İrəvanda həbsi ehtimalı: “Erməni tərəfdaşlarımızdan təminat almalıyıq”

saytların hazırlanması

Evə çatdırılma

Putinin İrəvanda həbsi ehtimalı: “Erməni tərəfdaşlarımızdan təminat almalıyıq”

Dünya

12 Fevral 2024 13:51 437


Kreml Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderinin icrası ilə bağlı İrəvandan müəyyən təminat gözləyir.

Yenisabah.az xəbər verir ki, buna səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidentinin İrəvana səfər edəcəyi halda həbs olunub-olunmayacağına dair suala cavaıdır.

Dövlət başçısının mətbuat katibi Dmitri Peskov bununla deyib: "Əlbəttə, bu məsələdə erməni tərəfdaşlarımızdan müəyyən təminatlar almaq çox vacibdir. Bu məsələ hələ ikitərəfli dialoq çərçivəsində həll edilməlidir”.

Kreml nümayəndəsi əlavə edib: “Ermənistanın beynəlxalq nizamnaməyə qoşulması ilə bağlı yeni reallıq bizim ikitərəfli münasibətlərimizə mənfi təsir göstərməyə bilməz”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!