“Putinin sağlamlığı dövlət təhlükəsizliyi məsələsidir” - Peskov

saytların hazırlanması

Evə çatdırılma

“Putinin sağlamlığı dövlət təhlükəsizliyi məsələsidir” - Peskov

Dünya

30 Dekabr 2022 21:00 932


Yaxın gələcəkdə Putinin jurnalistlərlə yaxın təmasını gözləmək lazım deyil.

Yenisabah.az Mk.ru-ya istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Yaxın gələcəkdə kommunikasiyanın pandemiyadan əvvəlki kimi olaması mümkün deyil", - Peskov deyib. Marqarita pizza

O, virusların mutasiya prosesinə toxunub və bildirib ki, müxtəlif ştamlara malik qriplərin epidemioloji dalğası bütün ölkəni əhatə edir. Onun sözlərinə görə, bu şərtlər daxilində prezidentin təhlükəsizliyinə cavabdeh olan şəxslər məhdudlaşdırıcı tədbirlər görməlidir.

“Prezidentin sağlamlığı dövlət təhlükəsizliyi məsələsidir”, - Peskov vurğulayıb.

Kremlin sözçüsü əlavə edib ki, epidemioloji dalğalar aşağı səviyyəyə endikdə jurnalistlər prezidentlə daha sərbəst rejimdə ünsiyyət qurmaq imkanı əldə edəcəklər./Bakupost.az  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!