Qaçaq milyarderin göydələni "Alibaba"da satıldı - Dəyərindən 10 dəfə ucuza

Qaçaq milyarderin göydələni
Avq 22, 2019 15:23
Oxunma sayı: 117

Çində dələduzluqda və rüşvət vərməkdə günahlandırıldığı üçün 2014-cü ildə ABŞ-a qaçan əmlak milyarderi Quo Venquya məxsus göydələn satışa çıxarılıb.

“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, göydələn Çinin ən böyük alış-veriş saytı olan "Alibaba"da satışa qoyulub.

Məlumata görə, 39 mərtəbəli bina 734 milyon dollara yəni, öz dəyərindən 10 dəfə ucuz qiymətə satılıb. Artıq binanın yeni sahibi "Yucheng Zhiye" adlı şirkətdir.

Xatırladaq ki, milyarderin bu göydələni də daxil olmaqla bütün əmlakına 2016-cı ildə həbs qoyulub.

Sabrina

 

Yenisabah.az