“Qaçqınkom“ cinayət işi ilə bağlı məsələyə aydınlıq gətirdi
04 İyn 2020 20:16
2229

“Qaçqınkom“ cinayət işi ilə bağlı məsələyə aydınlıq gətirdi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ("Qaçqınkom") qurumun əməkdaşlarının yol verdikləri qanunsuzluqlarla bağlı məsələyə aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, Dövlət Komitəsindən bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan hallar 2017-ci ildə baş verib.

“Paytaxtın Binəqədi rayonundakı Həmzə Babaşov küçəsində yerləşən Təcili Tibbi Yardım stansiyasının tikintisi yarımçıq qalmış binalarında məskunlaşmış qaçqın və məcburi köçkün ailələr yeni mənzillərə 2017-ci ildə köçürülüb”, - "Qaçqınkom"dan bildirilib.  /Report

Oxşar xəbərlər