9 Avqust - 05:16
Qadınların qorxulu yuxusu - Döş sallanmaları

Qadınların qorxulu yuxusu - Döş sallanmaları

Sağlamlıq

06 Avqust 2022 23:37 608


Qadınlarda süd vəzilərinin sallanması təkcə görünüş baxımından bezdirici deyil, həm də gələcək illərdə müxtəlif xəstəliklərə səbəb ola bilər. Bir çox qadın döşlərinin sallanmasını aradan qaldırmaq üçün çox səy göstərir.

Yenisabah.az xarici mediaya istinadla bildirir ki, döş sallanmasının səbəbləri arasında səhv büsqalter seçimi və duruş pozğunluğu var. Siqaret çəkən xanımlar döşlərinin sallanmasını istəmirlərsə, bu pis vərdişi tərgitməlidirlər.

Döş sallanmasının genetik südvermə və.s kimi səbəbləri də ola bilər. Bu halların baş verməsi qadınlarda çox vaxt özünə inam problemlərinə gətirib çıxara bilər. Bundan başqa xanımlar döşlərində təbii olaraq müəyyən müddətdən sonra möhkəmliyini və canlılığını itirdiyi üçün bədənlərinə inamları da getdikcə azalır.

Əlbəttə ki, xanımlar üçün dəhşətli gələn bu halı gizlətmək üçün uyğun paltar tapmaq çox vaxt ala bilər.  

Mütəxəssislər bu sallanmalara qarşı önləyici tədbirlər kimi məsləhətlərini veriblər. Tütün və tütün məmulatlarının istifadəsi döş sallanmasının ən çox yayılmış səbəblərindən biridir. Tütün tərkibindəki maddələrə görə bədəndəki kollagen proteinini parçalaya bilər, bu da onları daha az dolğun göstərir. Səhv büsqalter seçimi də digər səbəblərdəndir. Mütəxəssislər düzgün sinə paltarının geyinilməsini döşlərin formasını qorumaq ve dikləşdirmək üçün önəmli olduğunu bildiriblər.

Mütəxəssislər, menopoz menstruasiyanın kəsilməsi zamanı estrogen səviyyəsinin aşağı düşməsinin döş toxumasında daha az kollagenin olmasına səbəb ola biləcəyini də diqqət çəkiblər. Arıqlama vaxtı da döşlərdə yağ hüceyrələri kiçilir. Bu da döşlərinizin dərisinin və digər komponentlərinin uzanacağı deməkdir.

Əmizdirmə də döşlərinizin ölçüsünü və formasını dəyişə bilər və körpəniz süddən kəsildikdən sonra onların yenidən fərqli görünməyə başladığını görə bilərsiniz. Rahat əmizdirmə büstqalteri almaq işin peşəkar tərəfidir.

Düzgün duruş da döş sallanmalarından xilas yoludur. Əyilmə döşlərin sallanması problemini sürətləndirəcək.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!