“Qala Həyat” sığorta şirkətinin 2026-cı ilin ilk 7 ayında topladığı sığorta haqlarının həcmi 15 milyon 710 min manat olub.
“Yeni Sabah” xəbər verir ki, şirkətin yığımları ötən ilin eyni dövründəki 16 milyon 289 min manatla müqayisədə 579 min manat və ya 3,55% azalıb.
Bununla yanaşı, şirkətin müştərilərə etdiyi sığorta ödənişlərində əhəmiyyətli artım qeydə alınıb. Yanvar-iyul aylarında “Qala Həyat” 3 milyon 152 min manat ödəniş həyata keçirib. Bu məbləğ bir il əvvəl 2 milyon 10 min manat olub. Beləliklə, ödənişlər 1 milyon 142 min manat və ya 56,8% artıb. Dominos pizza
Şirkətin topladığı hər 100 manat sığorta haqqına düşən ödəniş məbləği də yüksəlib. 2025-ci ilin ilk 7 ayında bu göstərici 12,33 manat olduğu halda, 2026-cı ilin eyni dövründə 20,06 manata çatıb.
Nəticədə, hər 100 manat üzrə müştərilərə qaytarılan vəsait bir il ərzində 7,73 manat, yəni təxminən 62% artıb.
Cəlalə
Telegram kanalımız