“Qalatasaray”la yolları ayırmaq istəyən Hakim Ziyeş Türkiyəni tərk etdi

saytların hazırlanması

Evə çatdırılma

“Qalatasaray”la yolları ayırmaq istəyən Hakim Ziyeş Türkiyəni tərk etdi

İdman

02 Sentyabr 2024 20:49 550


"Qalatasaray" klubunun mərakeşli futbolçusu Hakim Ziyeş "sarı qırmızılar"dan ayrılmaq istədiyini komanda rəsmilərinə bildirərək Türkiyəni tərk edib.

Yenisabah.az Oxu.Az-a istinadən xəbər verir ki, Avropa və Asiya klublarından təklif alan Hakim Ziyeşin "Olimpiakos"la danışıqlara başladığı bildirilib.

"Olimpiakos" klubu mərakeşli yarımmüdafiəçiyə illik üç milyon avro təklif etdiyi üçün şəxsi razılıq əldə olunub.

Qeyd edək ki, Hakim Ziyeş 2023/24 mövsümündə "Qalatasaray" forması ilə çıxdığı 27 matçda 8 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!