Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Qalmaqallı yazıçı müğənnini müdafiə etdi: “Nadir Azərbaycan üçün can qoyub“
19 Okt 2021 16:27
7680

Qalmaqallı yazıçı müğənnini müdafiə etdi: “Nadir Azərbaycan üçün can qoyub“

Fəxri adlarla bağlı məsələ yenidən gündəmə gəlib. “Xalq artisti”, “Əməkdar artist” adı ala bilməyən bir sıra sənət adamlarının gileyləndiyinin şahidi oluruq. Eyni zamanda cəmiyyətdə də bu istiqamətdə fikirlər haçalanıb – kimi ad alanların layiq olduğunu desə də, kimisi bunun əksini iddia edir. Əməkdar artist Firuzə İbadova, müğənni Nadir Qafarzadə də etiraz edənlər sırasında olub.

Yenisabah.az xəbər verir ki, yazıçı-kulturoloq Aydın Xan Əbilov sfera.az-a deyib ki, Azərbaycan kimi postsovet ölkələrində müəyyən Sovetdən qalma ictimai alətlərin gərəkliyi haqqında mübahisə etməyə belə dəyməz:

“Xüsusən bu, şou-biznes, mədəniyyət, ədəbiyyat kimi sahələrdə özünü göstərir. Necə olur ki, bizdə müharibədə vuruşanlara rütbələr, medallar, evlər verilir, amma incəsənət sahəsində illər boyu zəhmət çəkmiş, vergi verən, toy məclislərimizdə, dövlət tədbirlərimizdə çıxış edən şəxslərə yaxud ədəbiyyat adamlarına dövlət tərəfindən ad verilən kimi cəmiyyət arasında söz-söhbət başlayır. Məgər biz tutalım, şəhid ailələrinə, qazilərə köməklə bağlı dövlətin yardımı haqqında mübahisə edirikmi? Yaxud Vətən uğrunda vuruşan şəxslər dövlətdən hansısa imtiyaz istəyəndə hər kəs onu dəstəkləyir. Bu baxımdan illər boyu zəhmət çəkən, kreativ, intellektual dəyərlər yaradan şəxslərin hər hansı fəxri ad, medal, orden və imtiyazlar almaq istəməsi normal qarşılanmalıdır. Avropa ölkələrində incəsənət, sənət adamlarının əldə etdiyi gəlirlər onların fəxri adlara, imtiyazlara ehtiyacını aradan qaldırır. Amma bizdə həmin şərait yoxdur. İctimai alətlər Azərbaycanda demək olar ki, yaranmayıb və buna görə də bu tipli hadisələr zamanı bir qism insan sevinir, digərləri isə şikayətlənməkdə haqlıdırlar”.

O istər Firuzə İbadova, istərsə də Nadir Qafarzadə, Əli Mirəliyev və digərlərinin etirazları ilə razılaşdığını qeyd edib:

“O cümlədən, ədəbiyyat sahəsində illərdir çalışan şəxslərə indiyə qədər normal ad verilməyib. Dəfələrlə bizə zənglər olub ki, sənədlərinizi təqdim edin, sizə ad, medal verəcəyik, amma son anda kiminsə, hansısa bəd insanın rəyi ilə o adlar verilmir. Yenə sağ olsun, ölkə başçısı bir-bir fərqləndirir - yaddan çıxan tanınmışları xatırlayır və onun birbaşa təklifi ilə həmin adamlara ad verilir. Əvvəllər toy müğənnilərinə və səyyar müğənnilərə adlar verilirdi, amma tanınmışlar yaddan çıxırdı. İndi isə, əksinədi. Azərbaycan dilli olmayan incəsənət xadimlərinə medallar, adlar təqdim edilir. Ölkə başçısı da hamını bir-bir tanıyan deyil ki? Nə qədər insanı incik salırlar. Bu insanların heç bir mahnı oxumadıqlarını, şeir yazmadıqlarını, ədəbiyyat, musiqi əsərləri yaratmadıqlarını düşünün, Azərbaycan mədəniyyəti nə günə düşəcək?”.

A.Əbilov bildirib ki, ən azı mili ruhu yaşadan insanlara hörmətlə yanaşmaq lazımdır:

“Nadir Qafarzadə illərdir mədəniyyət və incəsənət sahəsində çalışan insandır. Bu insan Azərbaycan musiqisi üçün əlindən gələni edib, hər halda, səviyyəsi qədər can qoyub. Bütün dövlət konsertlərində, hərbçilərin qarşısında, xeyriyyə tədbirlərində birinci bu insan çıxış edib. O qala-qala, ondan sonra gələn uşaq-muşağa verilən ad, medallar əlbəttə ki, insanlara da təsir edər. Mən özüm də kulturoloq kimi bunu tənqid edirəm. Düşünürəm ki, Əbülfəs Qarayevi, Polad Bülbüloğlunu tənqid edirdiniz, onlar getdilər, indi nə dəyişdi? Belə çıxır ki, bir azdan ingilis dilində mahnı oxuyan, “Eurovision”da hoppanıb düşən adamlara adlar veriləcək, amma illər boyu Azərbaycan sənətinə can qoymuş, səhnə əsərləri yaratmış şəxslər yenə yaddan çıxacaq. Onlar öləndən sonra başlayırsınız, onlara abidə qoymağa, gecələr, tədbirlər keçirməyə. O tədbirlərdən mədəniyyət məmurları xeyir götürürlər axı. Mədəniyyət Nazirliyinin məmurlarının incəsənət xadimlərinə, sənət adamlarına olan ögey münasibətini qınayıram. Bu biabırçılığa son qoymaq lazımdır”. 

  • Fezile
    Fezile
    Nadir duzdu oxuyub xalq sevib amma Firuze Ibadiva xalq artisti adini almag layiqdir.Nadir in sesi pis deyil amma musiqi secmel8dir .toy mahbisi maral maral yox.
    1 month ago Cavab 0
  • Azər Bürhan Məmmədov
    Azər Bürhan Məmmədov
    Nadir yaxşı bilir,niyə onun adı "qara dəftərdədir"...Şüvən salmasa daha yaxşı olar.
    1 month ago Cavab 0
  • Nezer
    Nezer
    Janinin hansi terefini ve kimlerin garshisinda goyub?! Abirsiz, heyasiz chaggallar!
    1 month ago Cavab 0
  • Babayev Qılman
    Babayev Qılman
    Bəli, Nadir Qafarzadə də ad almağa layiq sənəkarlardandir. Ancaq, bu bir faktdir ki, ayrı seçkilik var.
    1 month ago Cavab 0
  • Müqəddəs
    Müqəddəs
    Baloğlan Əşrəfov kimi bir sənətkara,xalq artisti adı verilmədi.hansi ki əsl sənətkar idi.
    1 month ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər