Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir

saytların hazırlanması

Evə çatdırılma

Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir

Sosial

07 İyul 2026 12:42 36


Qanunvericiliyə “frilanser” anlayışı daxil edilir.

"Yeni Sabah" xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, frilanser muzdlu işçi cəlb etmədən, rəqəmsal texnologiyalar, o cümlədən süni intellekt texnologiyaları, kibertəhlükəsizlik və innovasiya sahələrində mülki-hüquqi müqavilə əsasında, müstəqil şəkildə və ödənişli xidmət göstərən və ya iş yerinə yetirən, sənaye yaxud texnologiyalar parkının rezidenti olan fiziki şəxsdir.

Frilanserlər vergi orqanında qeydiyyata (uçota) alındıqdan, sənaye yaxud texnologiyalar parkının rezidenti olaraq qeydiyyatdan keçdikdən və qeydiyyat şəhadətnaməsini aldıqdan sonra ölkə ərazisində fəaliyyət (xarici mənbələrdən gəlirin əldə edilməsi) göstərə, eləcə də bu Məcəllə ilə nəzərdə tutulan əsaslarla vergi güzəştlərindən və azadolmalardan istifadə edə bilərlər. Pepperoni pizza

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!