Qapıda hərarətin ölçülməsi xəstəlikdən qorumur  - Alimlərdən araşdırma
16 Sen 2020 01:11
421

Qapıda hərarətin ölçülməsi xəstəlikdən qorumur - Alimlərdən araşdırma

Amerikalı alimlər araşdırmalardan sonra koronavirus pandemiyası ilə birlikdə meydana çıxan və restoran, məktəb, xəstəxana, ticarət mərkəzlərinin qarşısında rituala çevrilmiş hərarəti ölçmə fəaliyyətinin xəstəlikdən qorunmağa kömək etmədiyini bildiriblər.

Yenisabah.az xəbər verir ki, temperatur ölçmə əksər ölkələrdə idman zallarından tutmuş mağazalaradək bir çox yerdə gündəlik həyatın bir hissəsinə çevrilib. Alimlər isə hərarət ölçmənin xəstəliyi ağır simptomlarla keçirən şəxsləri müəyyən etdiyini, ancaq simptomsuz və ya xəstəliyin ilk mərhələsində olan pasiyentləri aşkara çıxarmadığını, belə olan halda isə restoran və ticarət mərkəzlərində qeyri-real təhlükəsizlik hissi yaratdığını açıqlayıblar. Onlar hətta bunu mənasız proses adlandıraraq məkanların giriş nöqtələrində temperatur ölçülməsini “teatrdan başqa bir şey olmadığını” bildiriblər.

Onların fikrincə, koronavirus bar, restoran, ticarət mərkəzləri kimi insanların kütləvi toplaşdığı yerlərdə qızdırma və öskürək kimi simptomları olmayanlar tərəfindən yayılır.

Digər tərəfdən tədqiqatçıların fikrincə, qapı ağzında temperatur ölçülməsi saxta təhlükəsizlik təsəvvürü yaradır.

Qeyd edək ki, may ayından etibarən ABŞ-da işverənlərə işçilərin hər gün hərarətinin ölçülməsi ilə bağlı tövsiyələr geri götürülüb. Bundan başqa, ABŞ-a gələn beynəlxalq səyahətçilərin 14 sentyabrdan etibarən hava limanlarında temperaturu ölçülmür.  /Qafqazinfo

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər