“Qarabağ“ klubu 2600 manat cərimələnib

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ klubu 2600 manat cərimələnib

İdman

06 Fevral 2019 18:27 1074


AFFA İntizam Komitəsi "Qarabağ" klubunun məşqçisi Mario Dobromirovu 1600 manat cərimələyib. 

"Yeni Sabah" AFFA-ya istinadən xəbər verir ki, buna Dobromirovun "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XV tur matçında hakimlər otağına icazəsiz daxil olması səbəb olub. 

İntizam Komitəsi oyun zamanı qırmızı vərəqə alan futbolçuları da cəzalandırıb. 70-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılan Anton Krivotsyuk və 90+2-ci dəqiqədə eyni səbəbdən qovulan Qara Qarayev hərəyə 1 matçlıq diskvalifikasiyaya məruz qalıb. Hər iki kluba 200 manat cərimə də kəsilib.  pizza mizza

"Qarabağ" daha 800 manat cəriməni 10-cu dəqiqədə azarkeşlərinin pirotexniki vasitələrdən yararlanmaları səbəbindən ödəyəcək. 

Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!