Qarabağ münaqişəsinin bitməsi region ölkələrinin marağındadır - Keçmiş səfir

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ münaqişəsinin bitməsi region ölkələrinin marağındadır - Keçmiş səfir

Siyasət

01 Oktyabr 2023 09:26 303


Qarabağ münaqişəsinin sona çatması region ölkələrinin marağındadır.

Yenisabah.az YJC-yə istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin deyib.

Onun sözlərinə görə, qondarma Dağlıq Qarabağ Respublikasının ləğvi labüd idi: "Bu münaqişənin heç vaxt nəticə verməyəcəyi, Qarabağın müstəqil olmayacağı aydın idi. Artıq mövzu qapanıb".  pizza hut

Keçmiş səfir vurğulayıb ki, Qarabağ bəhanəsi ilə bölgəyə daxil olub öz maraqlarını təmin etməyi planlaşdıran qeyri-regional güclərin artıq bəhanəsi qalmayıb: "Regionda sülh və təhlükəsizlik bərqərar olarsa, bu, Azərbaycanla Ermənistan arasında daha geniş əməkdaşlığa gətirib çıxara bilər.

İran həmişə Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə edib. Azərbaycan bəyan edib ki, beynəlxalq sərhədləri bağlamaq və dəyişdirmək niyyətində deyil və İranla Azərbaycan arasında fikir ayrılığına səbəb olan bu məsələ indi öz həllini tapıb”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!