Qarabağ savaşında iştirak etmiş erməni Gürcüstana buraxılmadı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ savaşında iştirak etmiş erməni Gürcüstana buraxılmadı

Rəsmi

11 Oktyabr 2021 10:19 1465


Ermənistanın Əməkdar mədəniyyət xadimi, “Karin” ansalmblının rəhbəri Qaqik Qinosyanın Gürcüstana girişi qadağan edilib.

“Report” xəbər verir ki, o, bunu “Armenpress”ə açıqlamasında bildirib. Q.Qinosyanın sözlərinə görə, Gürcüstanın Axalkələki bölgəsinə anasının qəbirini ziyarət etməyə getmək istəyib, amma sərhəddən geri qaytarılıb. O deyib ki, Gürcüstan sərhədçiləri buna səbəb kimi koronavirus pandemiyasını göstəriblər.

Qeyd edək ki, Q.Qinosyan Birinci Qarabağ müharibəsi zamanı erməni separatçılarının sıralarında Azərbaycan torpaqlarının işğalında iştirak edib.

Xatırladaq ki, Samsxe-Cavaxetiya diyarının Axalkələki şəhəri Gürcüstanın ermənilər sıx məskunlaşan bölgəsidir. Erməni separatçıları zaman-zaman bu bölgənin Gürcüstandan ayrılması iddiası ilə çıxış edirlər.

Q.Qinosyan separatizmini dəstəkləyən erməni ziyalılarından biridir.

Ermənistan mətbuatı da dolayısı ilə onun Gürcüstana buraxılmamasını bununla, yəni indiyə qədər olan fəaliyyəti ilə əlaqələndirib. Erməni yazarlar iddia edirlər ki, Tbilisidəki hazırki hökumət Türkiyəyönlü siyasət yürüdür və “Karin” ansalmblı rəhbərinin Gürcüstana buraxılmaması da bununla bağlıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    ALLAH HAQQIN TƏRƏFDARLARI OLAN İNSANLARI QORUSUN.
    5 years ago