18 Avqust - 05:00
“Qarabağda bu əməliyyatları tez-tez təkrarlamaq lazımdır” - Elçin Şıxlı 

“Qarabağda bu əməliyyatları tez-tez təkrarlamaq lazımdır” - Elçin Şıxlı 

Siyasət

05 Avqust 2022 13:42 935


“Qudurmuş ermənilər artıq bizə öz torpaqlarımızdan atəş açırlar”. 

Bunu Yenisabah.az-a açıqlamasında Əməkdar jurnalist, tanınmış media eksperti Elçin Şıxlı deyib.

Avqustun 3-də gerçəkləşdirilən “Qisas” antiterror əməliyyatının Azərbaycan üçün əhəmiyyətini şərh edən jurnalist bildirib ki, Qarabağda yerləşən 2000-dən çox olan qanunsuz erməni silahlıları çoxdan çıxarılmalı idi:

“Sülhün təmin edilməsinə nəzarət edən rus sülhməramlıları qanunsuz silahlıların torpaqlarımızıdan çıxarılması və onların zərəsizləşdirilməsi üçün heç bir şey etməyərək üçtərəfli bəyanatın müddəalarını pozurdular, Üstəlik,  vəzifələrinin tam əksini icra edərək, onlara şərait yaradırdılar.

Azərbaycanın Qarabağda - yəni öz torpaqlarında yerləşmiş qanunsuz silahlı birləşmələri çıxarmaq üçün antiterror əməliyyatı keçirmək tam hüququdur və heç bir normaya zidd deyil.

Vaxtilə Ermənistan ərazisindən bizə atəş açsalarda onları cavab atəşi ilə hər zaman zərərsizləşdirmişik. Lakin vəziyyət o yerə çatıb ki, bu qudurmuş ermənilər artıq öz torpaqlarımızdan bizə atəş açırlar. Bu cür hərəkətlərin sonu antirerror əməliyyatına gətirdi çıxardı və uğurla keçirildi.

Antiterror əməliyyatının nəticələrini bilmək üçün isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi məlumatını gözdən keçirmək lazımdır.

Zənnimcə, Qarabağda bu cür əməliyyatları tez-tez təkrarlanmalıdır”.

Nəsimi Ələsgərli 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!