“Qarabağ”da ciddi itki  – “Sevilya” ilə oyunu buraxacaq
17 Sen 2019 16:14
247

“Qarabağ”da ciddi itki – “Sevilya” ilə oyunu buraxacaq

Avropa Liqasının qrup mərhələsinin ilk turunda İspaniyanın “Sevilya” komandasını qəbul edəcək “Qarabağ” ciddi itki ilə üzləşib.

"Yeni Sabah" xəbər verir ki, Ağdam klubunun hücumçusu Mahir Emreli “Neftçi” ilə ötən şənbə günü keçirilən Premyer Liqa matçında zədə alıb. Bu səbəbdən onun bir müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Mahirin “Sevilya” ilə görüşü buraxacağı dəqiqləşib.

Xatırladaq ki, “Qarabağ” – “Sevilya” matçı sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxşar xəbərlər