Avqustun 2-də Füzuli bölgəsində İkinci Qarabağ müharibəsində ölən erməni hərbi qulluqçularının axtarışı davam etdirilib.
Yenisabah.az xəbər verir ki, bu barədə Dağlıq Qarabağdakı separatçı mənbələr məlumat yayıb.
Axtarış işləri nəticəsində 4 hərbçinin cəsədi tapılaraq təxliyə edilib. Onların kimliyi məhkəmə-tibbi ekspertizasının nəticələrinə əsasən müəyyən ediləcək.
Qeyd edək ki, atəşkəsdən bu günə qədər 1623 cəsəd aşkarlanıb.
Telegram kanalımız