Qarabağdakı erməni icmasına sədr kimi Bakı ermənilərindən biri göndərilsin   - Maraqlı təklif

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdakı erməni icmasına sədr kimi Bakı ermənilərindən biri göndərilsin - Maraqlı təklif

Siyasət

13 Mart 2023 20:14 1975


"Azərbaycan Qarabağdakı erməni icmasına Bakıda yaşayan ermənilərin birini icma sədri göndərsin".

Yenisabah.az xəbər verir ki, bu təkliflə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. 

O bildirib ki, Prezident Administrasiyasının Qarabağda yaşayan erməniləri ikinci görüş üçün Bakıya dəvət etməsi unikal bir təklifdir:

"Azərbaycan hakimiyyəti birbaşa öz vətəndaşı saydığı ermənilərlə dialoqa gedir. Bu Qərbə də mesajdır ki, Azərbaycan onların buradan getməsinə deyil, yüksək səviyyədə qəbul edilməsinə hazırdır. Amma, Rusiya buna imkan verməyə bilər. Qarabağda yaşayan erməni icması müvəqqəti Rusiyanın əsirliyindədir. Azərbaycan tərəfi heç bir vasitəçisiz danışıqlara hazırdır.

Qeyd edim ki, Bakıda yaşayan uzun müddət Qarabağ ermənisi olmamış olmaz. Erməni icmasının nümayəndəsi kimi elə biri varsa, danışıqlarda istifadə etmək olar. Qarabağda ermənilərin yalnız çıxış yolu reinteqrasiyadır. Rusiya da buna mane ola bilməz. Yaxın zamanlarda Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi qurduqdan sonra bütün bu kimi erməni və rus təxribatlarına son verə bilərik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!