Qarabağdakı erməni təxribatının detalları:   Xüsusi təyinatlılarımız diversiya qrupunun dərsini verdi

saytların hazırlanması

Evə çatdırılma

Qarabağdakı erməni təxribatının detalları: Xüsusi təyinatlılarımız diversiya qrupunun dərsini verdi

Hadisə

26 Mart 2022 14:05 1630


Martın 26-sı səhər saatlarında dumanlı hava və məhdudgörmə şəraitindən istifadə edən qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı törətməyə çalışdıqları təxribatın detalları bəlli olub.

Yenisabah.az xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb.

Qeyd olunub ki, yeddi nəfərlik erməni diversiya qrupu Azərbaycan Ordusunun mövqelərinə soxulmağa cəhd göstərib. Diversiya qrupunun qarşısı Azərbaycan xüsusi təyinatlıları tərəfindən alınıb. Daşbaşı yüksəkliyində qeydə alınmış hadisə zamanı diversiya dəstəsinin iki döyüşçüsü məhv edilib, daha ikisi yaralanıb. Sağ qalan ermənilər yaralılarla birlikdə ərazidən qaçıblar.

Erməni diversiya qrupunun təxribat cəhdi zamanı Azərbaycan Ordusunun sıralarında itki olmayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!