18 Avqust - 05:53
Qarabağdakı “Qisas“ın qisası Londonda alındı? -  Deputatdan açıqlama

Qarabağdakı “Qisas“ın qisası Londonda alındı? - Deputatdan açıqlama

Siyasət

06 Avqust 2022 08:17 3789


Azərbaycan ordusunun Qarabağdakı qanunsuz erməni hərbi birləşmələri üzərində keçirdiyi “Qisas” antiterror əməliyyatı, başda ABŞ olmaqla, bir sıra Qərb dövlətləri tərəfindən guya vəziyyəti gərginləşdirmək aktı kim qiymətləndirilib

Bir sıra erməni təəssübkeşliyi çəkən amerikalı konqresmen Azərbaycanı dərhal əməliyyatları dayandırmağa və “təmas xətti” anlayışına sayğılı olmağa dəvət edib.

Ötən gün isə Londonda səfirliyimizə edilən hücum Qərbin Azərbaycana yönəlik işə saldığı təsir və təzyiq mexanizmlərinin ilkin göstəricisi kimi qəbul edilib.

Şəbəkə nümayəndələri bu məsələdə "ingilis barmağı"nın olmasını istisna etməyib.

Xatırladaq ki, Yasir əl-Həbibin “Mehdinin xidmətçiləri” radikal dini qruplaşması Britaniya hakimiyyəti tərəfindən maliyyələşdirilir.

Yenisabah.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov mövzu ilə bağlı deyib ki, indiki məqamda hüquqi araşdırmaya ehtiyac var:

“Londonda Azərbaycan səfirliyinə edilmiş hücum, əlbəttə, vandalizm aktıdır və buna mütləq şəkildə hüquqi qiymət veriləcək. Eləcə də bu, kimlər tərəfindən törədilibsə, o şəxslər cəzalarını alacaqlar.

İndiki məqamda hüquqi araşdırmaya çox ciddi ehtiyac var və törədilmiş vandalizm aktının arxasında nələr dayanır, hansı məqsəd daşıyır və nəyə görə olubdur – bütün bunlar hamısı çox ciddi araşdırılmalıdır”.

C. Osmanov əlavə edib:

“İndi bəzi insanlar belə bir iddialar da səsləndirir ki, Azərbaycanın erməni terrorçularına qarşı həyata keçirdiyi “Qisas” antiterror əməliyyatından sonra radikal qüvvələrin təşkil etdiyi vandalizm aktı arasında bağlılıq var. Amma mən bir daha qeyd edirəm ki, ilk növbədə, bu, çox ciddi araşdırılmalı və arxasında hansı niyyət və məqsəd dayanırsa, o öyrənilməlidir.

Kimin hansı niyyətlə və hansı məqsədlə bu təxribatı təşkil etməsindən asılı olmayaraq, belə qüvvələr də bilməlidirlər ki, radikal dini qruplaşmaların vasitəsilə Azərbaycana təzyiq və təsir göstərə bilməyəcəklər, onlar çox yanlış yoldadırlar.

Azərbaycan bu gün dünyada hörməti və nüfuzu artan bir ölkədir, daha  güclü və qüdrətlidir. Əgər belə bir terror aktı törədilibsə, onun cavabı mütləq veriləcək. Azərbaycana qarşı təzyiq və təsir vasitələri sıfıra bərabərdir və bu, hər zaman iflasa uğramağa məhkumdur”.

Rafi Müslümov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!