“Qarabağ”ın cavab oyunu: UEFA-nın qərarı qüvvədədir?

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın cavab oyunu: UEFA-nın qərarı qüvvədədir?

İdman

25 İyul 2026 13:17 104


UEFA Avropa Liqasının II təsnifat mərhələsinin SSKA (Sofiya, Bolqarıstan) - "Qarabağ" cavab oyunu üçün biletlər bu gün saat 17:00-dan etibarən satışa çıxarılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletləri iTicket.az vasitəsilə onlayn şəkildə almaq mümkün olacaq. Bir biletin qiyməti 28 manat təşkil edir. pizza mizza

Sofiyadakı "Vasil Levski" arenasında "Qarabağ" azarkeşləri üçün 800 yer ayrılıb.

Komandalar arasında Bakıda keçirilən ilk görüşdə hesab açılmayıb. Cavab matçı iyulun 30-da Sofiyada baş tutacaq və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, SSKA-nın “Qarabağ”la səfər matçına bilet satışı dayandırılmışdı.

UEFA Bolqarıstanın SSKA klubunun azarkeşləri ilə bağlı intizam araşdırmasına başlayıb.

Avroliqanın 1-ci təsnifat mərhələsinin cavab oyununda “Derri Siti” ilə matç zamanı SSKA azarkeşləri ilə rəqib fanatlar arasında dava yaranıb. 

İntizam işi yekunlaşana qədər Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”a qarşı Bakıda keçiriləcək oyuna SSKA azarkeşləri üçün bilet satılmaması tövsiyə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!