Yeni mövsümün hazırlığına başlayan “Qarabağ”ın yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri müəyyənləşib.
Yenisabah.az xəbər verir ki, Ağdam klubu Rusiya “Arsenal”ı ilə qarşılaşacaq.
Bu barədə Tula təmsilçisinin rəsmi saytı məlumat yayıb. Oyunun Avstriya toplanışı çərçivəsində iyulun 11-də keçiriləcəyi bildirilib. “Arsenal” bundan başqa daha 4 sınaq matçı da planlaşdırır. Dördpendirli pizza
Xatırladaq ki, “Qarabağ” bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək.
Telegram kanalımız