“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın oyununa biletlər satışa çıxarıldı

İdman

18 İyul 2026 15:38 78


UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "ÇSKA Sofiya" (Bolqarıstan) qarşılaşmasının biletləri satışa çıxarılıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Qarabağ"ın mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın standart biletlərinin qiyməti 5, 10, 15 və 20 manat təşkil edəcək. VIP sektorlar üzrə biletlər 50, 75 və 100, VVIP sektorlar üçün isə 150 manata satışa çıxarılacaq. Dominos pizza

Biletləri yalnız iTicket.az-ın rəsmi saytı və mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür. Onlayn alış zamanı problem yaranacağı təqdirdə isə azarkeşlər "iTicket"ın satış məntəqələrinə, "Park Bulvar"dakı "Qarabağ" futbol klubunun fan-şopuna və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarına müraciət edə bilərlər.

Qeyd edək ki, "Qarabağ" - "ÇSKA Sofiya" görüşü iyulun 23-də saat 20:00-da başlayacaq.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!