UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atışında "Qarabağ"ın da potensial rəqibi müəyyənləşəcək.
"Yeni Sabah" xəbər verir ki, Ağdam klubu III təsnifat mərhələsində Ukraynanın "Dinamo" (Kiyev) komandasını mübarizədən kənarlaşdıracağı halda, pley-offda bu rəqiblərdən biri ilə üz-üzə gələcək:
"Xetafe" (İspaniya) Pepperoni pizza
"Tvente" (Niderland) - "Dunayska Streda" (Slovakiya) cütünün qalibi
"Beytar" (İsrail) - "Austriya" (Vyana, Avstriya) cütünün qalibi
"Makkabi" (Təl-Əviv, İsrail) - ÇSKA (Sofiya, Bolqarıstan) cütünün məğlubu
Qeyd edək ki, "Qarabağ" III təsnifat mərhələsində ilk oyununu avqustun 6-da Polşanın Lublin şəhərində, cavab matçını isə avqustun 13-də Bakıda keçirəcək. Rəqib isə Ukraynanın "Dinamo" (Kiyev) klubudur.
Telegram kanalımız