“Qarabağ”ın sabiq qapıçısı Superliqa klubuna keçdi
13 Avq 2020 22:36
331

“Qarabağ”ın sabiq qapıçısı Superliqa klubuna keçdi

Türkiyənin "Konyaspor" komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa təmsilçisi "Ərzurumspor"la müqaviləsi başa çatan İbrahim Şehiçin keçidini həll edib.

Bosniya və herseqovinalı qapıçı ilə 3+1 illik sözləşmə imzalanıb.

"Konyaspor"un baş məşqçisi əvvəllər "Bakı" komandasına da rəhbərlik etmiş Bülent Korkmazdır.

Qeyd edək ki, İbrahim Şehiç "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər