Qardaşı arvadını öldürüb sonra intihar etmək istədi  

saytların hazırlanması

Evə çatdırılma

Qardaşı arvadını öldürüb sonra intihar etmək istədi  

Kriminal

06 İyul 2019 22:36 969


Abşeronda qətl törədilib.

Hadisə rayonun Mehdiabad qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1957-ci il təvəllüdlü Fərhad Abdullayev qardaşının həyat yoldaşı, 1969-cu il təvəllüdlü Aybəniz Kazımovanı başından bıçaqlayaraq qətlə yetirib. F.Abdullayev daha sonra bıçaqla özünə xəsarət yetirib. Dördpendirli pizza

Xəstəxanaya yerləşdirilən F.Abdullayev polis nəzarəti altındadır.

Faktla bağlı Abşeron rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!