Qazaxıstanda ikinci zəlzələ qeydə alındı

saytların hazırlanması

Evə çatdırılma

Qazaxıstanda ikinci zəlzələ qeydə alındı

Dünya

28 Mart 2025 16:58 305


Qazaxıstanın cənubunda daha bir zəlzələ qeydə alınıb.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında bildirilib.

"Martın 28-i yerli vaxtla saat 15:56-da 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin dərinliyi 10 km olub", - məlumatda qeyd edilib.

Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən əlavə ediblər ki, zəlzələnin episentri Qırğızıstan ərazisində yerləşir.

Xəsarət alan və dağıntılar barədə məlumat daxil olmayıb.

Birinci zəlzələ martın 27-dən 28-nə keçən gecə baş verib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!