“Qəbələ” futbolçusu Ramon Maçado ilə yolları ayırıb.
Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.
2022-ci ilin yayından “qırmızı-qara” forma geyinən 31 yaşlı hücumçunun müqavilə müddəti başa çatıb. pizza mizza
Braziliyalı legioner ötən mövsümdə “Qəbələ”nin heyətində keçirdiyi 37 oyunda 10 qol vurub. Maçado Premyer Liqadakı 32 matçda 8, Azərbaycan kubokunun 5 qarşılaşmasında 2 dəfə rəqib qapılarına yol tapıb. Cənubi amerikalı futbolçu “qırmızı-qara” forma ilə Azərbaycan kubokunun qalibi adını qazanıb.
“Qəbələ” İdman Klubu Ramon Maçadoya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edib, gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.
Qeyd edək ki, daha əvvəl "Qəbələ" Məqsəd İsayevlə də yolları ayırdığını açıqlayıb.
Telegram kanalımız