“Qəbələ” Kiprdə erməni təxribatı ilə qarşılaşdı

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ” Kiprdə erməni təxribatı ilə qarşılaşdı

İdman

04 Avqust 2023 14:55 1658


UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Kiprin “Omoniya” futbol klubu doğma meydanda “Qəbələ” ilə mübarizə aparıb.

Yenisabah.az xəbər verir ki, matçdan əvvəl Kiprdə yaşayan ermənilər klubumuza qarşı təxribat törətməyə çalışıb.

Kipr ermənilər guya Qarabağdakı “blokada” vəziyyətinə etiraz olaraq Azərbaycan klubunun futbolçularını stadiona aparan avtobusun qarşısını kəsiblər.

Polisin müdaxiləsindən sonra təxribatçılar ərazidən uzaqlaşdırılıb.

Xatırladaq ki, ötən gün Nikosiyada keçirilən matçda ada təmsilçisi 4:1 hesabı ilə “qırmızı-qaralar”a qalib gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!