Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Qəbələ“ “Səbail”in futbolçusunu aldı
18 İyn 2021 17:52
545

“Qəbələ“ “Səbail”in futbolçusunu aldı

2021-2022-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Qəbələ” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

Yenisabah.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunadək Urfan Abbasovla müqavilə imzalayan “qırmızı-qaralar” Məqsəd İsayevi heyətinə qatıb. 27 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına “Neftçi”də başlayan futbolçu 2013-17-ci illərdə paytaxt təmsilçisinin formasını geyinib. O, 2018-ci ildə “Keşlə”, 2018-20-ci illərdə “Sabah”, ötən mövsümdə “Səbail”də çıxış edib. İsayev Premyer Liqada ümumilikdə 140 matç keçirib və 2 qol vurub.

 

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər