“Qəbələ”nin potensial rəqibləri bəlli oldu: Erməni klubu da var

saytların hazırlanması

Evə çatdırılma

“Qəbələ”nin potensial rəqibləri bəlli oldu: Erməni klubu da var

İdman

27 İyul 2021 13:11 1020


"Qəbələ"nin U-19 komandasının UEFA Gənclər Liqasındakı potensial rəqibləri və oyunlarının vaxtı açıqlanıb.

Yenisabah.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandanın rəqibi avqustun 31-də keçiriləcək püşkatmada bilinəcək. "Qırmızı-qaralar" ilkin mərhələnin birinci qarşılaşmasını sentyabrın 29-da, cavab oyununu isə oktyabrın 20-də keçirəcək.

"Qəbələ"nin potensial rəqibləri

"Deportivo La Korunya” (İspaniya), "Köln" (Almaniya), "Empoli" (İtaliya), "Anje" (Fransa), "Benfika"(Portuqaliya) , "Genk" (Belçika), "Şaxtyor" (Donetsk, Ukrayna), AZ (Alkmaar, Niderland), "Trabzonspor" (Türkiyə), "Zaltsburq" (Avstriya) , "Midtüllan" (Danimarka), "Reyncers" (Şotlandiya) , "Sparta" (Praqa, Çexiya), APOEL (Kipr), "Yanq Boyz" (İsveçrə), PAOK (Yunanıstan), "Srvena Zvezda" (Serbiya), Hayduk" (Xorvatiya), “Hammarbü” (İsveç) "Rosenborq" (Norveç), "Makkabi" (Hayfa, İsrail), "Kayrat" (Qazaxıstan), "Minsk" (Belarus), "Septemvri" (Sofiya, Bolqarıstan), Csikszereda "Merkurya Çuk" (Rumıniya), "Poqon" (Polşa), "Jilina" (Slovakiya), "Domjale" (Sloveniya), MTK (Budapeşt, Macarıstan), "Jalgiris" (Litva), "Akademiya-04" (Ermənistan) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!