“Qədir-Xum” uydurmadır, yoxsa həqiqət? – Cavab

“Qədir-Xum” uydurmadır, yoxsa həqiqət? –
Avq 19, 2019 18:33
Oxunma sayı: 384

Muhəmməd peyğəmbərin Əli ibn Əbu Talibi canişin təyin etməsi iddiası uydurmadır, yoxsa həqiqət? 

“Yeni Sabah” xəbər verir ki, suala cavab verən ilahiyyatçı Elşad Miri hesab edir ki, Qədir-Xum hadisəsi müsəlmanların bölünməsinə təkan verən əsas məsələlərdən biridir. 

“Bu mövzu müsəlmanlar arasında mövcud olan məzhəb ayrı-seçkiliyini daha da dərinləşdirən olaylardandır. Məzhəblərin formalaşmasına əsas təşkil edən bir prosesdir. 

Bu məsələ özünü şiə adlandıranlarla sünni adlandıranlar arasında ən çox mübahisələrə səbəb olan məsələlərin başında gəlir. Əsas ixtilaf hadisənin baş verib-verməməsi deyil, həmin çıxışın səbəbi və çıxışın mətnidir. 

Bu hadisə, özünü şiə adlandıranların hər il zilhiccə ayının 18-ci günü bayram kimi qəbul etdikləri Qədir Xum hadisəsidir. Cəfəri məzhəbinə görə Qədir-Xum İslamdakı bayramlardan daha üstün qəbul edilir”. 

E. Miri bu mövzuda hazırladığı videoda ətraflı danışıb:

Yenisabah.az