“Ukraynanın əks-hücum əməliyyatı qrafikdən geri qalır, lakin plana uyğun gedir”.
Yenisabah.az UNIAN-a istinadla xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.
Onun sözlərinə görə, hər əks-hücumun sürətli olması fikri yanlışdır. Sezar pizza
“İrəliləyiş daha ləng gedir, çünki Qərb az silah, xüsusilə artilleriya və mərmi verib. Məsələ burasındadır ki, bizim də çox uzun cəbhə xəttimiz var və bizə qarşı çoxlu düşmən qüvvəsi mövcuddur.
Bu, müharibədir, bu kompüter oyunu deyil. Rusiya qoşunlarının minalarla dolu ciddi təhlükəsizlik zonaları var və onu yarmaq çox çətindir”.
Telegram kanalımız