“Qərb Ukraynaya köhnəlmiş silah və metal qırıntıları göndərir”

saytların hazırlanması

Evə çatdırılma

“Qərb Ukraynaya köhnəlmiş silah və metal qırıntıları göndərir”

Dünya

07 Sentyabr 2022 18:00 994


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiya Prezidenti ilə birgə mətbuat konfransı zamanı Rusiya Federasiyası ilə Ukrayna arasında gedən hərbi əməliyyatlara toxunaraq, Qərb ölkələrinin ölkədəki vəziyyətlə bağlı yanaşmaları ilə razılaşmadığını qeyd edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” xəbər agentliyi məlumat yayıb.

“Türkiyə Ukrayna və Rusiyaya qarşı balanslaşdırılmış siyasətə sadiqdir və bunu davam etdirəcək. Ankara Ukraynada tezliklə atəşkəsin tərəfdarıdır. Lakin hazırkı proseslər müharibənin tezliklə bitməyəcəyini göstərir”, - deyə Ərdoğan bildirib. Sezar pizza

Ərdoğan qeyd edib ki, Rusiyanı ciddi qəbul etməyənlər yanılır.  

“Mən açıq şəkildə bildirirəm ki, Qərbin mövqeyi yanlışdır. Çünki Qərbin addımlarında tərəfləri təxribata əsaslanan hərəkətlər var. Onlar hərbi yardım elan edirlər, amma, əslində, Ukraynaya köhnəlmiş silah və metal qırıntıları göndərilir”, - o bildirib.

Ərdoğan qeyd edib ki, nə qədər ki, hərbi əməliyyatları qızışdırmaq siyasəti var, sülh təşəbbüslərinin effektivliyi minimaldır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!