Qəzənfər Paşayevin səhhəti pisləşdi: “Yataqdayam, müalicə alıram“

Qəzənfər Paşayevin səhhəti pisləşdi: “Yataqdayam, müalicə alıram“

Digər Veb saytların hazırlanması

04 Oktyabr 2023 12:01 454


Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin səhhətində problem yaranıb.

Yenisabah.az Bakupost-a istinadla xəbər verir ki, o, havaların dəyişməsi ilə əlaqədar halının pisləşdiyini bildirib.

Q. Paşayev evdə müalicə olunduğunu deyib:

“Təzyiqim düşüb, evdən çıxa bilmirəm. Yataqdayam, müalicə alıram. Vəziyyətim həkimlik deyil, çox ağrımıram. Bir neçə gün əvvəl həkimlik oldu, getdim, həll olundu. Havaların dəyişməsi ilə əlaqədar ola bilər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!