“Azərbaycan” qəzeti qəzet köşklərinin hazırkı durumu ilə bağlı tənqidi material və fotosessiya hazırlayıb.
“Yeni Sabah” xəbər verir ki, yazıda qəzet köşklərində qəzetdən çox (bəlkə də qəzetdən savayı) siqaretdən və saqqızdan tutmuş hətta spirtli içkilərəcən satıldığı bildirilir.
“İddiamız təkcə quru söz olmasın deyə konkret faktlar da çəkə bilərik. Məsələn, Yeni Yasamal yaşayış massivində yerləşən "Bizim market”in yanındakı "Kiosk Press”ə bir dənə də olsun "Azərbaycan” qəzeti verilmir. Deyək ki, bura şəhərin mərkəzi sayılmır, sadəcə, bir yaşayış ərazisidir. Bəs Hüseyn Cavid prospektində - Texniki Universitet səmtindəki, eləcə də "Akademiya bağı” və "Axundov bağı” deyilən ərazilərdəki köşklərə rəsmi dövlət qəzetinin verilməməsinə nə ad qoyaq?! Ad qoymaqda çətinlik çəkdiyimiz həm də metronun "Elmlər Akademiyası” stansiyasının girişi ilə üzbəüz köşkün "Azərbaycan”ı cəmi bir nüsxə alması və gələn kimi qəzetin satılması, hətta belə vəziyyətdə də köşkə əlavə nüsxələrin verilməməsidir. Belə hal "İçərişəhər” metrostansiyasının qarşısındakı köşkdə də mövcuddur. pizza sifarişi
10 milyon nəfər əhalisi (deməli, təxminən ən azı 5 milyon nəfər potensial oxucusu) olan ölkədə rəsmi qəzetin 8 min tirajla çıxması nə deməkdir? Bu o deməkdir ki, hər 1000 nəfərə heç bir qəzet də düşmür! Yəni ən azı 999 nəfər hər gün yalan və şayiələrdən uzaq obyektiv xəbərlərdən, ölkədə qəbul olunan qanunlardan, onlara edilən dəyişikliklərdən, Prezidentin, dövlətin və hökumətin fəailiyyətlərindən məlumatsız qalır! Hətta təxminən eyni məzmunlu digər qəzetlərin tirajlarını üst-üstə toplasaq belə, həmin məlumatsız əhalinin sayı az dəyişəcək...
Bütün bunlar problemin yalnız ideoloji tərəfidir. Amma onun maddi tərəfinin də fəsadları var. Nəzərə alsaq ki, qəzetlərin gəlirləri abunə, satış və reklamdan asılı olur, onda bir neçə min tirajla çıxan nəşrlərin maddi vəziyyətlərini təsəvvür etmək çətin deyil. Bu azmış kimi, bəzən yayım qurumları satış və abunə haqlarını qəzetlərə ya vaxtında, ya da ümumiyyətlə, köçürmürlər.
Yeri gəlmişkən, təkcə "Azərbaycan” qəzetinin bu hesaba 210 min manatdan çox alacağı var. Bəlkə də artıq yoxdur, çünki ümid qalmayıb, necə deyərlər, ümidin öldüyü son da yetişib…”
Telegram kanalımız