Qırmızı Xaç Komitəsinin əməkdaşı oğurlandı
29 Noy 2020 12:02
723

Qırmızı Xaç Komitəsinin əməkdaşı oğurlandı

Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşı Əfqanıstanın mərkəzi hissəsindəki Vardak əyalətində naməlum şəxslər tərəfindən oğurlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə məlumatı Ariana News telekanalı BQXK-nın ölkədəki nümayəndəsinə istinadən yayıb.

Bildirilir ki, Qırmızı Xaçın əməkdaşı şənbə günü girov götürülüb, hazırda onun azad edilməsi üçün danışıqlar aparılır.

Ölkədə fəaliyyətdə olan heç bir terrorçu qruplaşma oğurluq faktına görə məsuliyyəti boynuna götürməyib.

Qeyd edək ki, bir qədər əvvəl Əfqanıstanın Qəznə şəhərində, hərbi bazanın yaxınlığında mina ilə dolu avtomobil partlayaraq 21 nəfərin həyatına son qoyub, 17 nəfər xəsarət alıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər