“Qiymətlər istəyir 10 dəfə bahalaşsın, narahat deyiləm“   -  Tahir İmanov

saytların hazırlanması

Evə çatdırılma

“Qiymətlər istəyir 10 dəfə bahalaşsın, narahat deyiləm“ -  Tahir İmanov

Şou

13 Yanvar 2022 13:08 1243


“Ruzini verən Allahdır. Ona görə də mən bahalaşmadan çox da narahat deyiləm”.

Yenisabah.az xəbər verir ki, bu sözləri Bakupost.az -a Əməkdar artist Tahir İmanov unun və bir çox ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib.

O, bildirib ki, bu məsələləri əslində, siyasətçilər, iqtisadçılar şərh etməlidir: Dördpendirli pizza

"Mən bu haqda heç nə deyə bilmərəm. Ən azından ona görə ki, siyasətçi deyiləm. Bununla bağlı siyasətçilər danışsınlar. O ki qaldı bahalaşmaya, ruzini verən Allahdır. Mən Allaha təvəkkül edirəm. İstəyir 10 dəfə bahalaşsın. Allah ruzini verirsə, problem yoxdur". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!