Qızını çaydan keçirən fədakar ata efirə çağrıldı – VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Qızını çaydan keçirən fədakar ata efirə çağrıldı – VİDEO

Şou

12 Oktyabr 2021 13:10 1505


Bir neçə gündür sosial şəbəkələrdə qızını çiynində çaydan keçirərək məktəbə aparan atanın görüntüləri müzakirələrə səbəb olub.

Yenisabah.az xəbər verir ki, ATV kanalında yayımlanan "Bizimləsən" verilişi həmin ata ilə övladını studiyaya dəvət edib.

Ata-bala efirdə olarkən hər ikisi danışıb ağlayıblar. pizza mizza

Dərsə gedən qızcığaz atasına əziyyət verdiyi üçün utandığını deyib:

"Mən dərslərimi yaxşı oxuyuram, oxumalıyam da. Atam üçün, onun əziyyəti böyükdür. Atam məni çiyninə alanda bu məni incidir. Atam məni hər dəfə çiyninə alanda düşünürəm ki, mən ona ağır yükəm".

Fədakar ata 2014-cü ildən bəri qızını çiynində çaydan keçirdiyini deyib və körpü düzəldilməsi üçün müraciət edib.

Həmin görüntüləri təqdim edirik:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!