QMİ-dən həcc ziyarətinə hazırlaşanlara   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

QMİ-dən həcc ziyarətinə hazırlaşanlara XƏBƏRDARLIQ

Din

15 Fevral 2026 13:36 626


"2026-cı il üzrə həcc mövsümü üçün sənəd qəbulunun müddəti uzadılıb".

"Yeni Sabah" xəbər verir ki, bu barədə Oxu.Az-a Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib:

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşlarımızın çoxsaylı müraciətlərini nəzərə alaraq, builki həcc mövsümü üçün sənəd qəbulunun müddəti tərəfimizdən mart ayının 7-dək uzadılıb. Marqarita pizza

Vətəndaşlarımızdan xahiş edirik ki, gec qalmasınlar, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq", - deyə o bildirilib.

Xatırladaq ki, QMİ 2026-cı il həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!