Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“QMİ-nin sədri vəzifəsinə Ocaqnejatın sürücüsü olmuş şəxsin adı hallanır”  - SENSASİON AÇIQLAMA
10 Okt 2021 20:46
17844

“QMİ-nin sədri vəzifəsinə Ocaqnejatın sürücüsü olmuş şəxsin adı hallanır” - SENSASİON AÇIQLAMA

“Özünü şiə adlandıran azərbaycanlı “İranın dini lideri” ifadəsini işlətmir, “dini rəhbər”, “ağamız” deyir. Nə sünni, nə də şiəyəyəm, müsəlmanam, Allah bizi belə adlandırıb. Sünnilik və şiəlik sonradan ortaya atılmış siyasi məsələlərdir. Şiəlik anlayışını elə formalaşdırıblar ki, hansısa ayətullah mərceyi-təqlid olaraq qəbul edilməlidir. Ayətullahın sözü daha önəmli olur. Guya həmin ayətullah Allahın yer üzündəki nümayəndəsidir, həmin nümayəndənin sözü də din olaraq qəbul olunur. İndi Azərbaycanda istənilən şiədən soruşsanız, dini rəhbəri kimi Qafqaz Müsəlmanları İdarəsinin sədrini deməyəcək”.

Yenisabah.az xəbər verir ki, bunu ilahiyyatçı Elşad Miri bildirib.

E.Miri Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin İranla bağlı mövqeyinə də münasibət bildirib: “O, görür ki, hakimiyyətin gözündən düşüb. Qafqaz Müsəlmanları İdarəsinin Qafqaza heç bir aidiyyatı yoxdur, özümüzü güldürməyək... Sadəcə, şou göstərirlər. İranla bağlı mövqelərində sanki Xarici İşlər Nazirliyinin diplomatdırlar. İranın yetişdirdiyi kadrlardır. O, Şuşa kimi bir yerdə dini liderin nümayəndəsini başa keçirərək namaz qılırsa, suallar ortaya çıxır. O, niyə başa keçməli idi? İndiyə kimi harada idilər? İran Qarabağı niyə Azərbaycan torpağı deyil, İslam torpağı adlandırırdı? O, (Allahşükür Paşazadəni nəzərdə tutur- red) Amuliyə yazılı şəkildə cavab verir. Bunu açıq şəkildə, efir vasitəsilə etmək olmazdımı? İndi də onun yerinə kimlərinsə adı hallanır. İranın ali dini liderinin Azərbaycandakı nümayəndəsi Ocaqnejatın vaxtilə sürücüsü olmuş şəxsin, hazırda QMİ sədrinin nümayəndəsinin qurumun sədri olacağı deyilir. Pafosla alim, hacı kimi təqdim etdilər...”./Pravda.az

  • Sabri
    Sabri
    İNDİ BU MƏQALƏNİ HÜQUQİ MUSTƏVİ UZƏRİNDƏ təhlil eləsək Elşad mırı gərək Ağzına gələn bu kaşa malaşaya görə üç il həbs cəzası alsın .CƏNAB PRİZİDENT YEK KƏLMƏ DEDİKİ NƏ VAR NƏYAX,UMUMİYYƏTLƏ BU MƏQALƏDƏ BƏZİ CUMLƏLƏR DİNİN ADI ALTINDA SƏSLƏNİR , AMMA İSLAMİ ETİQADA TAM ZİDDİR , YƏQİN MƏQALƏNİ YAZANIN MİLLİ MƏDƏNİ İRSİ VECNƏ DEYİL YOXSA , BU QƏDƏR QEYRİ PROFİSİNAL YANAŞMAZDI ÖZ ƏZİYYƏTNƏ
    2 months ago Cavab 0
  • makif
    makif
    informatika sahesinde bashi cixan varsa meni de oyretsin,bu trollari nece yaradirlar?
    2 months ago Cavab 0
  • Ələsgər Ələsgərov
    Ələsgər Ələsgərov
    Mən bilmirəm bu çap ediləcək yoxsa yox. Şeyxi mən 50 ildir tanıyıram. O 90 illərdə ocaqnicatla iş birliyi vardır. Birlikdə həmeyni imdad fondunu dağıdırlar. O nicatın nökəri olub
    2 months ago Cavab 0
  • Asif Tagiyev
    Asif Tagiyev
    Niyə müsəlman qoymurlar?niyə bu farsın Rafizi ,müşrik sektasıdan əl çəkmirlər?niyə Allahın və onun Rəsulunun yolu ilə gedən qoymurlar?
    2 months ago Cavab 0
    • Vahab
      Vahab
      Rafizide varsan muwrikde varsan.netnemelidirler muaviye yezid yolu hacannan Allah Ve Resulunun yolu olub?
      2 months ago  Like (0)
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər