Qonşusunu döyərək hədə-qorxu gələn qadın bəraət aldı

saytların hazırlanması

Evə çatdırılma

Qonşusunu döyərək hədə-qorxu gələn qadın bəraət aldı

Kriminal

04 Avqust 2026 19:21 89


Qonşusunu döyərək hədə-qorxu gəlməkdə təqsirləndirilən Təhminə Abuşovanın Apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. 

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Unikal"a təqsirləndirilən şəxsin vəkili Şakir Ələsgərov məlumat verib. 

Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə müvəkkilinə bəraət hökmü çıxarılıb.  pizza hut

Xatırladaq ki, bu ilin fevralında Bakı Ağır Cinayətlər Məhkəməsində Təhminə Abuşova barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılmışdı. 

Dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2 – ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb və məhkəmə istintaqı dövründə hökm zamanı isə 182.1-ci maddəyə tövsüf edilib. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!