“Qorxdum ki, övladım tək qalacaq” - Müğənni

saytların hazırlanması

Evə çatdırılma

“Qorxdum ki, övladım tək qalacaq” - Müğənni

Şou

16 Fevral 2023 12:24 841


Bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist Aygün Bəylər növbəti dəfə səhhəti ilə bağlı açıqlama verib.

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Həmin Zaur” proqramında danışıb.

Sənətçi deyib ki, hazırda sağlamlığı yaxşıdır:  pizza mizza

“Göydə Allah, yerdə xalqımızın duaları sayəsində neçə vaxtdır ayağa qalxmışam. Həkimlərin dediyinə görə, 90 faizi keçib gedib. Deyirlər ki, yaxın zamanda tam bitəcək. Allahın varlığına qüdrətinə qurban olum. Uşaqlıqdan hər zaman dualar etmişəm. Bu sənətə gəlməyim də Allahın yardımı ilə olub, yəqin məni çox istəyir ki, həyatda saxladı. Yoxsa çox çətin idi. Ömrümün xəstəliklə mübarizə apardığım hissəsi aylı idi. Ancaq yatırdım.

Ömrümün günəşli dövrü musiqiyə həsr olunan hissəsi idi. Hər kim 100 yaşamasa, günah onun özündədir. Ölüm anı yaxınlaşanda qorxdum ki, övladım tək qalmasın. Mən tək olmuşam. Hazırda övladımın 13 yaşı var”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!