Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Qorxutmaq istədilər ki, mollabalanın sözünün üstünə söz desəniz, qarşınızda İranın...”
23 Sen 2021 20:36
5604

“Qorxutmaq istədilər ki, mollabalanın sözünün üstünə söz desəniz, qarşınızda İranın...”

"Deməli, ərdəbilli mollanın "şirin quyruğu" nağılı Ermənistanda böyük çoşqu yaradıb. Zavallılar yaman sevincək olublar. Rus və ingilisdilli erməni saytlarında "İran Azərbaycana sərt mesaj verdi", "İran Azərbaycana yerini göstərdi" tipli xəbərlər paylaşılıb. Belə çıxır ki, bu mollabala İran dövlətini təmsil edir...".

Yenisabah.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri, Polşa və Macarıstanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri kimi çalışmış Vilayət Quliyev sosial media hesabında bildirib.

Diplomat bildirib ki, təəssüf ki, bizdə də ərdəbilli molla ilə İran dövlətini bir tərəziyə qoymaq təşəbbüsləri oldu:

"Yazdılar ki, bəli şirin quyruğu ilə məzələnənlər gərək İranın 550 min nəfərlik nizami ordusunun, 600 min nəfərlik ehtiyat qüvvələrinin, topunun, topxanasının olduğunu unutmasınlar. Yəni sosial şəbəkədə fəallıq edənləri qorxutmaq istədilər ki, baxın ha, mollabalanın sözünün üstünə söz desəniz qarşınızda İranın ərteşini, sipahını və s. görəcəksiniz".

"Dövlətimizin İran siyasəti həmişə ölçülü-biçili olub. Dəfələrlə bəyan edilib ki, tarix, din, dil, mədəniyyət baxımından xeyli bağlarımız var. Azərbaycan həmişə İrana münasibətdə səmimi qonşuluq münasibəti sərgiləyib, heç vaxt bu ölkənin daxili işlərinə qarışmayıb, həmişə ikitərəfli və regional əməkdaşlıq niyyətini açıqlayıb.

Amma hansısa mollanın sözündən insanlarımız niyə qorxmalıdırlar?

Doğrusu, bu məsələ mənə bir az qaranlıq qaldı...", - deyə sabiq nazir fikirini tamamlayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər