Quraqlıq Avropada qıtlığa səbəb ola bilər

saytların hazırlanması

Evə çatdırılma

Quraqlıq Avropada qıtlığa səbəb ola bilər

Dünya

18 İyul 2022 17:47 675


Avropa İttifaqı ərazisinin yarısı bu yay quraqlıq təhlükəsi ilə üzləşdiyi üçün məhsulun azalması və meşə yanğınlarının genişlənməsi müşahidə oluna bilər.

Yenisabah.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının iyulun 18-də dərc olunmuş hesabatında deyilir.

“Avropa İttifaqında uzunmüddətli quraqlığın yayılmasının təhlili göstərir ki, Avropa İttifaqı ərazisinin 46 faizi quraqlıq səbəbindən ciddi narahatlıq doğurur. Dominos pizza

Artıq Avropa İttifaqı ərazisinin 11 faizində torpaqda su çatışmazlığı səbəbindən problemlər var”, - deyə hesabatda bildirilir.

Bu, Almaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya, Polşa, Macarıstan, Rumıniya, Sloveniya və Xorvatiyada 2022-ci il məhsulunun əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər. Hazırda Avropada anomal isti dalğası yaşanır, Fransada temperatur 38-40 dərəcə saxlanılır, bəzi bölgələrdə 44 dərəcəyə yaxınlaşır. Mövsümi meşə yanğınları Avropanın cənubunu bürüyüb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!