Quraqlıq Panama kanalını sıradan çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Quraqlıq Panama kanalını sıradan çıxardı

Dünya

17 Sentyabr 2026 08:45 86


Mərkəzi Amerikada tüğyan edən kəskin quraqlıq qlobal dəniz ticarətinin əsas arteriyalarından biri olan Panama kanalının fəaliyyətinə ciddi zərbə vurub.

“Yeni Sabah” xəbər verir ki, su səviyyəsinin kritik həddə düşməsi səbəbindən kanaldan gəmilərin keçidinə rəsmi məhdudiyyətlər tətbiq edilib.

Kanal rəhbərliyi su ehtiyatlarını qorumaq məqsədilə sutkalıq gəmi keçidlərinin sayını və gəmilərin maksimum suya oturum (su basımı) həddini azaldıb. Bu məhdudiyyətlər artıq hər iki okean sahilində yüzlərlə yük gəmisinin növbəyə dayanmasına, qlobal tədarük zəncirində ləngimələrə və yükdaşıma qiymətlərinin kəskin artmasına gətirib çıxarıb. pizza sifarişi

Mütəxəssislər xəbərdarlıq edirlər ki, hava şəraitinin normallaşmaması fonunda məhdudiyyətlərin uzadılması dünya ticarətində növbəti logistik böhrana yol aça bilər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!