Qurban Qurbanov koronavirusa yoluxdu - Yenilənib
29 Noy 2020 18:30
751

Qurban Qurbanov koronavirusa yoluxdu - Yenilənib

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovda koronavirus aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə onun köməkçisi Elçin Rəhmanov məlumat verib. / Report

***

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada yer almayıb.

Yenisabah.az xəbər verir ki, 48 yaşlı mütəxəssisin səhhətində problem yaranıb.

Amma bunun koronavirusla bağlı olmadığı bildirilib.

Həkimlər ona 2-3 gün istirahət etməyi məsləhət görüblər. Baş məşqçinin ötən gün komanda ilə birlikdə Ağdama yollana bilməməsi də eyni səbəbdən baş verib.

Qeyd edək ki, “Qarabağ”ı “Səbail”lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb. /Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər