YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Qurban Qurbanov təkzib etdi

Qurban Qurbanov təkzib etdi

İdman

21 Yanvar 2019 17:06 985


"Qarabağ"ın  baş  məşqçisi Qurban Qurbanov müqavilə ilə PAOK-a məxsus olan sabiq futbolçusu Pedro Enrikenin Ağdam klubuna qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

O, bu xəbərləri təsdiqləməyib. 46 yaşlı mütəxəssis deyib ki, braziliyalı yarımmüdafiəçi ilə danışıqlar olmayıb və indi də aparılmır.

Qeyd edək ki, P.Enrike mövsümün ilk hissəsini icarə əsasında "Astana"da keçirib. O, hazırda Qazaxıstan klubunun düşərgəsindıdir.

Xatırladaq ki, Pedro ötən mövsüm icarə əsasında "Qarabağ"ın formasını geyinib.

Qol.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!