Tanınmış iş adamı, “Bakı” FK-nın sabiq rəhbəri Hafiz Məmmədov və “Qarabağ”ın baş məşqçi Qurban Qurbanov idmançı Hacı Əliyevin doğum günündə bir araya gəlib.
"Yeni Sabah" Qafqazinfo-ya istinadla xəbər verir ki, onlar məclisdə birgə foto çəkdiriblər.
H.Məmmədov 2015-ci ildən sonra iş həyatında uğursuzluq yaşamağa başlayıb. Həmin vaxtdan sonra sahib olduğu şirkətləri itirib. Ona məxsus “Baghlan Group” şirkəti”, “Bank of Azerbaijan” iflas edib. Böyük pay sahibinə çevrildiyi “Lans” klubu da əlindən çıxıb. Eyni zamanda “Bakı” klubu da fəaliyyətini dayandırıb. Hətta o, borclar səbəbindən məhkəmə qərarı ilə klubun Biləcəri qəsəbəsindəki böyük bazasını da itirib.
Telegram kanalımız