“Qurban Qurbanovu tənqid etmək olmaz?” – Etibar Əliyevdən reaksiya

saytların hazırlanması

Evə çatdırılma

“Qurban Qurbanovu tənqid etmək olmaz?” – Etibar Əliyevdən reaksiya

Siyasət

28 Avqust 2026 12:14 382


“Bizim cəmiyyətdə çox qəribə tendensiya peyda olub. Heç kim tənqidi fikir söyləyə bilmir və təhdidlərə məruz qalır. Qarabağımızın adını daşıyan bu klubun belə böyük hesabla məğlubiyyətini həzm edə bilmədim və bir paylaşım etdim. Bu paylaşımda heç bir neqativ şey yoxdur və əksinə, Qurban Qurbanovun xeyrinədir”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında sabiq deputat Etibar Əliyev deyib. O, “Qarabağ” və Qurban Qurbanovla bağlı yazdığı statusun tənqidi xarakter daşıdığını vurğulayıb:

“Heç də məşhur olmayan bir klub gəlir və “Qarabağ”a 4 dənə top vurub gedir. Bu niyə təhlil olunmur? Hər dəfə Qurban Qurbanov deyir ki, “yaxşı oynadıq, amma uduzduq. Qurban Qurbanovu tənqid etmək olmaz? Dünyaca məşhur Fatih Terim, Mourinyo, Ançelotti kimi məşqçiləri o qədər tənqid edirlər ki. Futbol təkcə Qurban Qurbanov və onun komandasının işi deyil axı. Futbol həm də sosial və ictimai məsələdir. Hər bir klubun inkişaf, durğunluq və çöküş dövrü olur. Bu təhlil olunur, səbəblər araşdırılır. Bunun yolu isə tənqiddən keçir. Bizdə müəyyən bir uğurdan sonra hansısa başgicəllənmə, eyforiya olur. Bu eyforiya yaxşı nəticələr vermir. Mənim özüm futbol azarkeşiyəm və vaxtilə yaxşı futbolçu olmuşam. Mən fikrimi ifadə etmişəm. Mən uşaq deyiləm, aliməm. Fikrimi yazanda onun məsuliyyətini də hiss edirəm”. Toyuqlu pizza

Qeyd edək ki, Etibar Əliyev dünən gecə “Qarabağ”ın “Tvente”yə 1-4 hesablı məğlubiyyətindən sonra öz “Facebook” səhifəsində aşağıdakı fikirləri yazıb:

“Qurban Qurbanovun başını buraxın: ondan məşqçi olmaz: o, böyük əmlaklar sahibi, gözə soxulan maşın nömrələri almaq və böyük məbləğdə əməkhaqqı ilə özünü və nəslini tam təmin etməklə rahatlıq içində yaşayır…

Futbol azarkeşi kimi bugünkü oyundan utandım. Bu utacnverici məğlubiyyətdən sonra Qurban istefa verməlidir… Mənim və 10 minlərə azarkeşin həyəcanını kim tarazlaşdıracaq? Qurban yaxşı aktyor ola bilərdi. Heyf ki, sənətini səhv salıb”.

Professorun statusu sosial mediada ciddi tənqid olunub.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!