“Qurd”un hamilə arvadı üçün niyə FHN əməkdaşları çağırıldı? - Video

saytların hazırlanması

Evə çatdırılma

“Qurd”un hamilə arvadı üçün niyə FHN əməkdaşları çağırıldı? - Video

Şou

28 İyun 2022 20:37 1252


“Qurd” ləqəbi ilə tanınan repçi Fərid Eminovun həyat yoldaşı Leylanın başına iş gəlib. 

Yenisabah.az xəbər verir ki, hazırda hamilə olan Leylanın barmağı şişib və nişan üzüyü barmağında qalıb.

Bunun üçün əvvəl təcili tibbi yardım, daha sonra isə FHN əməkdaşları çağırılıb. Toyuqlu pizza

Bu haqda Leyla özü məlumat verib:

“Qısa olaraq onu deyim ki, şişkinliyimə görə nişan üzüyüm barmağımdan çıxmırdı. Təcili tibbi yardım və digər yollarla bunu edə bilmədiyimizdən FHN əməkdaşları gəldilər. Barmağım artıq daşlaşmışdı, sağ olsunlar. Barmağıma heç nə olmadan ehtiyatla üzüyümü kəsdilər. Barmağım isə hələ də şiş vəziyyətdədir. Əllərim mənim üçün həyati məsələdir. Bir barmağımın damarının belə zədələnməsi düşünə bilməyəcəyim qədər qorxuncdur”.

Qeyd edək ki, Fəridlə Leyla ötən ilin noyabrında ailə qurublar. Leyla azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun baldızıdır.

Bu, Fəridin ikinci evliliyidir. Onun ilk ailə həyatından iki oğlu var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!